Yuxarı

"Nizami" "28 May"dan ayrılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Xətai" - "Azadlıq prospekti" xəttini "İçərişəhər" – "Həzi Aslanov" xəttindən ayırmaqla, hər iki marşrutun sərbəst istismarını təşkil etmək məqsədilə "28 May" metro stansiyasının yaxınlığında yeni tunel tikiləcək.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, uzunluğu 250 metr olacaq tunel metronun qırmızı və yaşıl xətlərini bir-birindən ayıracaq.

"Bu ayrılmadan sonra "Dərnəgül" metro stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Nizami" stansiyasından sonra "28 May" stansiyasına daxil olmayacaq. Belə ki, qatar "Nizami" stansiyasına az qalmış yeni tunellə "Cəfər Cabbarlı" stansiyasına daxil olacaq, oradan isə "Xətai" stansiyasına gedəcək. Bununla da, daha "28 May" stansiyasında hər iki tərəfə qatar getməyəcək", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, bu layihə ilə bağlı "Akkord-Bouygues" birgə müəssisəsi öz təkliflərini Bakı Metropoliteninə təqdim edib. "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin direktor müavini Samir Qasımov bildirib ki, təklifdə "28 May" metro stansiyasının yaxınlığında yeni tunelin tikinti metodologiyası və tikinti texnologiyasını əks etdirilib: "Həmçinin bu layihənin daha səmərəli və müasir texnikadan istifadə etməklə, ən qısa vaxtda təhvil verilməsi məsələləri qeyd edilib".

S. Qasımov əlavə edib ki, hazırda bu layihənin yekun təsdiqi gözlənilir. Bu mərhələdən sonra müqavilə bağlanacaq və növbəti mərhələdə tikinti işlərinə başlamaq mümkün olacaq.

Tarix
2014.04.24 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla