Yuxarı

Ağaclar kəsildi, sakinlər etiraza qalxdı - DİN hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağaclar kəsildi, sakinlər etiraza qalxdı - DİN hərəkətə keçdi

Artıq neçə gündür Binəqədi rayonu 9-cu mikrorayon Mircəlal Əliyev küçəsi 9A ünvanında sakinlər tikinti şirkəti rəsmilərinə etiraz edirlər.

Sakinlərin iddiasına görə, həmin ünvandakı parkı məhv edərək, yerində bina tikmək istəyirlər. Bu isə həmin ərazidə yerləşən və mikrorayonu su ilə təmin edən anbarın da zədələnməsi deməkdir.

Sakinlər bildirir ki, ərazidəki ağaclar bir-bir kəsilir və ya dibinə dərman tökülərək qurudulur.

Olay barədə Axar.az açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Dərafər bildirib ki, hazırda Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmiləri həmin ərazidədir. Onun sözlərinə görə, ərazidəki ağaclar qeydiyyata salınıb və heç bir qanun pozuntusuna yol verilmir:

“Biz üzərimizə düşəni edirik. Hazırda ərazi tam nəzarətimiz altındadır. Heç bir ağac kəsintisindən söz gedə bilməz. Bundan əvvəl isə həmin ərazidə ağac kəsilməsi müşahidə olunub və bununla bağlı lazımi tədbirlər görülüb. Sənədlərlə tam tanış deyilik. Bizdə olan məlumata görə, həmin ərazidə yeni parkın salınması nəzərdə tutulub. Sakinlər isə iddia edir ki, orada yeni bina inşa etmək istəyirlər. Araşdırma gedir. Məlumat dəqiqləşdikdən sonra lazımi tədbirlər görüləcək”.

Tarix
2017.03.17 / 14:21
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla