Yuxarı

Laçın İH işçisinin həbsinin təfərrüatı bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 21-də Laçın rayon Qaraqışlaq kənd icra nümayəndəsi Pənah Dadaşov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilməsi barədə qeyd edilən tarixdə məlumat vermişdik.

"Axar.az" xəbər verir ki, bu gün həmin hadisə ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin yerləşdiyi Ağcabədi rayon Taxta Körpü qəsəbəsindən həbsin təfərrüatları daxil olub.

Məlumatda bildirilir ki, P.Dadaşov və Şuşa Uşaq Evinin müdiri ilə əlbir olaraq uşaqlara Bərdə rayonunda saxta sənəd düzəldərək başqa adla ölkədən çıxarıb Gürcüstana apararaq satırmışlar. P.Dadaşovun uşaqlara öz qızının və Alxaslı kəndindən olan bir qız uşağının sənədlərindən istifadə etməklə sənəd düzəltdirdiyi məlum olub. P.Dadaşovun bu işdən külli-məbləğdə qazanc əldə etdiyi bildirilir.

Xəbərdə qeyd olunur ki, P.Dadaşov və Şuşa Uşaq Evinin müdiri daxil olmaqla 10 nəfərdən çox adam həbs edilib. Həbs olunanlar arasında Alxaslı kəndindən bir ər-arvad da var.

Bundan başqa Bərdə rayon pasportstolunda da əməliyyat keçirilib.

Tarix
2014.04.24 / 14:58
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla