Yuxarı

Zakir Həsənov “Açıq qapı” günündə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:18

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11.00-dan başlayaraq bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olur, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılır, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

***

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə “Açıq qapı” günü tədbiri keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Puta qəsəbəsində yerləşən hərbi hissənin ərazisində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər.

Sonra nazir əsgər valideynləri və yaxınları ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər və digər məsələlər barədə söhbət edib.

Ziyarətçilər hərbi hissədə əsgərlərin yaşayış və məişəti üçün yaradılan şəraitlə tanış olaraq xidməti və inzibati binaları gəzib, bayram münasibətilə təşkil edilən konsert proqramında iştirak etdikdən sonra əsgər yeməkxanasında nahar ediblər.

Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlət başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Tarix
2017.03.20 / 18:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla