Yuxarı

“Yol hərəkəti haqqında” qanun dəyişdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yol hərəkəti haqqında” qanun dəyişdirilir

Azərbaycanda nəqliyyat vasitəsi ilə cinayət törədən sürücünün, avtomobil qaçıranın dərhal təqib olunaraq yerindəcə saxlanması, avtomobilinin müsadirə olunması və ona qarşı bütün məcburi dayandırma vasitələrindən istifadə qanuniləşdirilir.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinə dəyişiklik edilir.

Maddənin "Qeyd" hissəsinin dördüncü cümləsinə edilən əlavəyə görə, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər.

Hazırda qüvvədə olan variant isə belədir: nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.

Tarix
2014.04.25 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla