Yuxarı

Bu gün "Azərenerji"nin işığı sönəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərnerji Açıq Səhmdar Cəmiyyəti davamlı olaraq iqtisadi və ekoloji cəhətdən səmərəli və təmiz layihələr həyata keçirir və ya belə layihələrə dəstək verir. “Yer saatı” kampaniyasının əhəmiyyətini nəzərə alaraq aksiya müddətində inzibati binanın fasadının işıqları söndürüləcək.

Bunu Report-a açıqlamasında Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, IDEA İctimai Birliyinin dəstəyi ilə keçirilən bu kampaniya “Azərenerji”nin siyasəti ilə uzlaşır:

“Son illər inşa etdiyimiz və yenidən qurulan stansiyaların ekoloji təmiz texnologiyalarla təchiz edilməsinə üstünlük vermişik. Sumqayıt İstilik Elektrik Stansiyasının ekoloji təmizlik üzrə beynəlxalq sertifikat alması da buna bir misaldır. IDEA İctimai Birliyinin irəli sürdüyü bütün təşəbbüslər kimi bu layihə də öz orijinallığı ilə seçilir. Ona görə də bu təşəbbüsü dəstəkləyirik” .

Xatırladaq ki, “Yer saatı” kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən ilk dəfə 2007-ci ildə Avstraliyada başladılıb. Aksiya çərçivəsində hər il mart ayının sonuncu şənbə günü ölkələrin əsas inzibati binalarının fasad işıqları 1 saatlıq söndürülür. Bu rəmzi hərəkətlə insanlar enerjiyə qənaət edilməsinə təşviq edilir və kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı fəsadlara yönəltməkdir. Elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, "Yer saatı" aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır. Hər il 170-dən artıq ölkədən 7 mindən artıq şəhərdə 1 mlrd. nəfər insan bu kampaniyaya qoşulur.

IDEA İctimai Birliyi Azərbaycanda bu aksiya üzrə əsas tərəfdaş hüququ alıb və 2011-ci ildə ölkə bu aksiyaya qoşulub. Bu il “Yer saatı” aksiyası martın 25-i saat 20:30-da Heydər Əliyev Mərkəzinin qarşısında başlayacaq.

Tarix
2017.03.25 / 15:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla