Yuxarı

Leyla Əliyeva MDU-da - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) olub.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan dilini öyrənən tələbələrlə və Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasının kollektivi ilə görüşüb. Görüşdə toxunulan mövzular arasında ekologiya, təbiəti mühafizə, müxtəlif ekoloji sistemlərin bir-birindən asılılığı problemləri xüsusi maraq doğurub. Leyla Əliyeva görüş iştirakçılarına "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin – IDEA-nın (International Dialogue for Environmental Action) və RAGB-ın fəaliyyətindən danışıb.

Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasında Azərbaycan dilini öyrənən tələbələr qonaqlara Məcid Şamxalovun “Qaynana” pyesinin motivləri əsasında eyniadlı tamaşanı təqdim ediblər. Tələbələr Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını və Azərbaycan milli rəqsini ifa ediblər.

Leyla Əliyeva gözəl quruluşa görə tələbələrə təşəkkür edərək deyib: “Tamaşa məndə çox güclü təəssürat oyatdı, qürur və sevinc hissləri keçirdim, özümü xoşbəxt hiss etdim”. Leyla Əliyeva yeni şerlərini oxuyaraq institutun kollektivinə özünün “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” (“Если б звезды ступеньками стали”) şeirlər toplusunu hədiyyə edib.

AAÖİ-nin fəxri prezidenti, MDU-nun professoru Mixail Meyer instituta gəldiyinə görə Leyla Əliyevaya təşəkkür edib və Azərbaycan dilini öyrənən tələbələrin təhsilində Heydər Əliyev Fondunun rolunu vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AAÖİ-yə ilk dəfə gəlmir. Fond bir neçə il əvvəl instituta linqafon kabineti hədiyyə edib. Ən yaxşı tələbələr isə Azərbaycan xalqının mədəniyyəti və ənənələri ilə yaxından tanış olmaq üçün ölkəmizə səfər etmək imkanı qazanıblar.

Tarix
2017.04.25 / 22:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla