Yuxarı

Bakıdakı kriminal savaşın dəhşətli sonluğu - Video/18+

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il martın 31-də Abşeron rayonunda kriminal aləmin adamları arasında baş vermiş silahlı insidentin görüntüləri yayılıb.

Missiya.az-ın əldə etdiyi görüntülərdə silahlı insident nəticəsində ağır yaralanan şəxslərdən biri əks olunub.

Şahidlərin sözlərinə görə, iki silahlı şəxs atəş açdıqdan sonra ərazidən uzaqlaşıblar.

Xatırladaq ki, hadisə Xırdalan şəhəri 28-ci məhəllədə qeydə alınıb. Malik adlı şəxs "Makarov" tipli tapançadan açdığı atəşlə Valehi baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib, onun tanışı 32 yaşlı Xəyal Oktay oğlu Paşayevi isə güllələyib. 3 güllə yarası alan Xəyal Paşayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Araşdırmalar zamanı məlum olub ki, hadisə borc üstə baş verib. Valehin tanışı ona müraciət edərək bildirib ki, Malik adlı şəxs ona olan borcunu qaytarmır. Valeh pulu alacağına söz verərək Maliki görüşə çağırıb. Valeh görüşə tanışı Xəyal Paşayevlə gəlib. Hər iki tərəf pul mübahisəsinə silahla gəlib.

Mübahisə zamanı Malik üzərində olan silahla Valehin baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçmaq istəyən Xəyal Paşayevə atəş açıb. Atılan altı güllədən üçü Xəyala dəyib. Malik daha sonra hadisə yerini tərk edib. Dünyasının dəyişən Valehin əlində "Makarov" tipli tapança olub.

Tarix
2017.04.27 / 12:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Libbi Şuşaya niyə getdi? - Millerdən ermənilərə cavab

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla