Yuxarı

Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində OSA zenit raket atılıb. Müdafiə Nairliyinin məlumatına əsasən, raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb. OSA özüyeriyən zenit raket kompleksi aşağı hündürlükdən uçan hava hədəflərini məhv etmək üçün istifadə olunur.

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi jurnalist Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, bu silah SSRİ müdafiə sənayesi kompleksinin istehsalıdır və 1971-ci ildən orduda istifadə olunur:

“Hazırda Ermənistanla yanaşı bu sistem bir çox ölkələrin ordularının silah arsenalında yer alıb. Raketin maksimal uçuş hündürlüyü 5 km, hədəfi minimum hündürlükdə məhv etmək məsafəsi isə 25 m-dir. Kompleks Rusiya istehsalı olan BAZ-5937 maşının şassisi üzərində yerləşdirilib. Ermənilərin istifadə etdiyi bu kompleks köhnə modifikasiyalıdır və bu səbəbdən də nəzərdə tutulan hədəfi vura bilməyib. Ümumiyyətlə, Ermənistan Ordusunun istismarında olan silah və texnikanın böyük hissəsi Sovet zamanından miras qalıb və üzərində modernləşmə aparılmayıb. Bu səbəbdən də effektiv nəticə əldə oluna bilmir. Azərbaycan isə “Osa”nın ən son modernləşmə olunmuş varinatına sahibdir və ötən il bu texnika silahlı qüvvələrin təlimində uğurla istifadə olunub”.

Tarix
2017.04.29 / 10:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla