Yuxarı

Sürücülərə şad xəbər: Bu yol istifadəyə verildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi-Mehdiabad avtomobil yolu (3,9 km) uzun müddətdir əsaslı şəkildə təmir olunmadığına görə, yolda qabarmış və deformasiyaya uğramış hissələr yaranmışdır. Həmçinin, yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, eni 9-11 metr dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işləri aparılıb.

İki hərəkət zolaqlı olan yola ikiqat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min kv.metr sahəsi asfaltlanıb.

Bundan başqa, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 2,5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7 700 poqon metr səki daşları düzülüb, hərəkət hissəsi asfaltlanıb.

Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb. Növbəti mərhələdə isə Mehdiabad-Fatmayi-Goradil avtomobil yolunun əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Tarix
2017.05.19 / 10:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla