Yuxarı

Nazir bayram günü ağac əkdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramıdır.

Axar.az xəbər verir ki, bu münasibətlə nazirliyin kollektivi ilk olaraq Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarına baş çəkib və əklil qoyublar. Daha sonra Şəhidlər Xiyabanında vətənimizin uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi anılıb.

Tədbirlər Zığ-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 22-ci kilometrliyinin ətrafında ETSN tərəfindən salınmış yaşıllıq zonasında davam etdirilib. Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırov tədbirdə çıxış edərək nazirliyin kollektivini təbrik edib və Prezident İlham Əliyevin rəhbərliyi ilə ekoloji tarazlığın və bu sahənin inkişafının digər sahələr kimi sürətlə getdiyini vurğulayıb.

Fərqlənən işçilər təltif edildikdən sonra nazir də daxil olmaqla, iştirakçılar ağac əkiblər.

Xatırladaq ki, Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixində imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Tarix
2017.05.23 / 16:34
Müəllif
Nübar Lətifli
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla