Yuxarı

Azərbaycan dağında titrəyən erməni əsgərləri – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan əsgərlərinin Azərbaycanın Murov dağında yerləşən mövqelərinin fotoları yayılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolardan düşmənin Murovdakı postlarında qarın hələ ərimədiyi və hava şəraitinin mürəkkəb olduğu görünür. Həmçinin düşmən əsgərlərinin şəraitsizliyi də müşahidə olunur.

Qeyd edək ki, Ermənistan artıq bir neçə aydır Azərbaycanın işğal altında yerləşən ərazilərinə - təmas xəttinə göndərməyə əsgər tapmadığını etiraf edib. Bütün bu çətinliklər və ermənilərin yad torpaqda hər an ölüm təhlükəsi ilə üz-üzə gəlməsi erməni analarının ciddi etirazı ilə qarşılanır və onlar övladlarını ölümə göndərmək istəmirlər. Ermənistan Müdafiə Nazirliyi isə ön cəbhəyə əsgər tapılmaması problemini həll etmək üçün 10 min dollar “müfakat” təyin edib. Bildirilir ki, ön cəbhəyə gedən əsgərlərin, xidməti müddətini başa çatdırdıqdan sonra, hesablarına 10 min dollar vəsait köçürülür. Ancaq bu vəsaiti ordudan tərxis olunan əsgər hesabdan çıxarmaq səlahiyyətinə sahib deyil. Vəsait keçmiş əsgərin yalnız hər hansı iş quracağı təqdirdə qeyri-nağd ödənişlərdə istifadə oluna bilər.

Ermənistan Müdafiə Nazirliyinin bu açıqlaması isə ictimaiyyətdə rişxəndlə qarşılanıb. Ekspertlər “10 min dollar qarşılığında ölüm” deyə qiymətləndirdikləri bu layihənin “nisyə” olmasına da diqqət çəkiblər və qeyd ediblər ki, ön cəbhədən qayıdacağı şübhə altında olan əsgərə həyatı bahasına vəd edilən vəsaitin hesabdan çıxarılmasına imkan verilməməsinin səbəbi Ermənistan Müdafiə Nazirliyinin bu məsələdə manipulyasiya etdiyinin göstəricisidir.

Qeyd: Fotolar Modern.az-dan götürülüb.

Tarix
2017.05.26 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla