Yuxarı

ADU: Şou yaradanların “arqument”ləri əsassızdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dövlət imtahanı verməmək üçün şou yaradanların “arqument”ləri əsassızdır".

Bu barədə Trend-ə Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya departamentindən bildiriblər.

Qeyd olunub ki, ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən “Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır:

"Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, “Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”. Qaydaların 2.16-cı bəndinə görə “Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

Onu da qeyd etmək lazımdır ki, Bolonya prosesinə qoşulmuş bütün ölkələrin ali təhsil müəssisələrində tələbələrin yekun buraxılış dövlət attestasiyası nəzərdə tutulur.

Sonda onu da bildiririk ki, Azərbaycan Dillər Universitetində keçiriləcək yekun buraxılış dövlət attestasiyası ilə bağlı bütün prosedurlar qanunvericiliyin tələblərinə, mövcud normativ-hüquqi sənədlərə tam uyğundur və müvafiq mövzu və suallar ötən ilin sonundan universitetin rəsmi internet saytında yerləşdirilib".

Tarix
2017.05.29 / 16:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla