Yuxarı

Kredit borcu olanlar fitrə verə bilər? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq mübarək Ramazan ayının sonuna yaxınlaşırıq. Ruzi-bərəkət və sevgi ayı olan Ramazana xas başqa ibadətlər də var. Bunlardan biri və islam dinində vacib sayılan fitrə sədəqəsidir. Amma bu sədəqənin verilməsində də qaydalar və məhdudiyyətlər var. Bəs fitrəni kimlər verməlidir? Borcu olanlara fitrə çıxarmalıdırmı?

Bu xeyir əməldə məqsədin imkansızları sevindirmək olduğunu xatırladan ilahiyyatçılar bildirir ki, maddi vəziyyəti qaydasında olan hər müsəlman evindən adam sayına görə fitrə çıxmalıdır. Ancaq maddi vəziyyətini çətinə salacaq qədər borcu olanlar, yaxud da əmlakı və gəlirinin böyük əksəriyyətini borca ödəməli olanlar fitrədən azaddır.

Ağa Hacıbəylinin Xəzər Xəbər-ə verdiyi açıqlamaya görə, borc batağında olanların özünə fitrə düşür.

İslama görə borcu olanların əsas vəzifəsi onu qaytarmaq, borclu olduğunun haqqını ödəməkdir.

İlahiyyatçıların sözlərinə görə, fitrə mütləq bayram namazınadək verilməlidir. Məqsəd budur ki, fitrəni alan şəxslər də evlərində bayram əhvalı yaşasın. Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi fitrə miqdarı isə adambaşına minimum 5, maksimum 10 manat arasındadır.

Tarix
2017.06.25 / 01:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla