Yuxarı

DİN Qubadakı dəhşətli hadisə ilə bağlı məlumat yaydı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN Qubadakı dəhşətli hadisə ilə bağlı məlumat yaydı - Video

2017.07.07, 14:07

Qudyalçayın Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığından keçən hissəsində çayın üzərindəki körpünün altında yanmış VAZ-2106 markalı avtomobil tapılıb.

Report-un xəbərinə görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım cəlb olunub.

Məlum olub ki, avtomobildə olan qadın və kişi yanaraq ölüb. Hadisənin baş verməsinin səbəbləri bəlli deyil. Ölən şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Hadisə ilə bağlı Quba rayon prokuroru Valeh Səmədov ərazidə olub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

DİN iki nəfərin avtomobildə yanaraq ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, iyulun 7-də saat 9.00 radələrində Quba rayonunun Küpçalqışlaq kəndi ərazisində Xaçmaz rayon sakini Rəhman İsaqov idarə etdiyi VAZ-2106 markalı avtomobili 8-10 metr hündürlükdən aşırıb və nəticədə avtomobil yanıb. Sürücü və sərnişini, həmyerlisi Ülviyyə Məmmədova yanaraq ölüblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam

Tarix
2017.07.08 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla