Yuxarı

Türkiyənin zabit heyəti Gəncədə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin zabit heyəti Gəncədə - Foto

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı müdafiə nazirinin əmrinə əsasən, qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri Gəncədə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Qonaqlara ümummilli liderimiz Heydər Əliyev adına park-kompleksdəki Mərkəzdə Ulu Öndərin böyük dövlətçilik fəaliyyəti, həyat yolu, əlaqələrimizin inkişaf etdirilməsində dahi şəxsiyyətin misilsiz xidmətləri barədə məlumat verilib.

Qonaqlar Gəncənin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənəti haqqında məlumatlandırılıb, Xan bağını, Şah Abbas məscidini, Tarix Diyarşünaslıq muzeyini, Nizami Gəncəvinin məqbərəsini və digər yerləri ziyarət edərək mədəniyyətimizlə yaxından tanış olublar.

Göygöl rayonuna gələn qonaqlar Dövlət Təbiət Qoruğunu və Milli Parkı gəzib, Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı və Xalq Artisti Azərinin iştirakı ilə keçirilən konsert proqramında iştirak ediblər.

Türkiyəli qonaqların ölkəmizə səfəri davam edir.

Tarix
2017.07.08 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla