Yuxarı

Məktəblərdə azərbaycanlılardan 500 min yığılır – Şöbə rəisi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə azərbaycanlılardan 500 min yığılır – Şöbə rəisi

Şərqi Azərbaycanın dövlət məktəbləri yeni dərs ilində şagirdlərin qeydiyyata alınması üçün pul tələb edir.

Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Əyaləti Təhsil Şöbəsi rəisi Cəfər Paşayi “Anac” xəbər agentliyinə müsahibəsində deyib.

“Şagirdlərin dövlət məktəblərində qeydiyyata alınması üçün 150 min tümən tələb olunur, bu, çox adi haldır. Lakin bu vəziyyətdən istifadə edib, şagirdlərdən 500 min tümənə qədər pul alan məktəblər də var. Təhsil Şöbəsi belə hallara qarşı ciddi tədbir görəcək”, - deyə o bildirib.

Cəfər Paşayi şagirdlərdən alınan məbləğin səbəbini də açıqlayıb:

“Məktəblərə büdcə vəsaiti ayrılmadığı üçün onlar şagird sığortası, təhsil sığortası, hətta bəzi məktəblər kitab pulunu təmin etmək məqsədi ilə şagirdlərdən 130-150 min tümən pul tələb edir”.

Qeyd edək ki, İran Konstitusiyasının 30-cu maddəsində “dövlət bütün əhalinin orta məktəb səviyyəsində təhsil alması üçün pulsuz şərait yaratmalı, hətta özünü təmin edəcək həddinə çatanadək insanların ali təhsil alması üçün də pulsuz şərait yaratmalıdır” - deyə qeyd olunub.

Tarix
2017.07.18 / 00:57
Müəllif
Samirə Heydərli
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla