Yuxarı

Bu rayonlarda içməli su təchizatı yaxşılaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad və Zərdabda kəndlərin içməli su təchizatı yaxşılaşdırılır.

Azərsu ASC-dən Axar.az-a verilən məlumata görə, Sabirabad rayonunda həyata keçirilən layihə 15 kəndi əhatə edir. Kəndləri su ilə təmin etmək üçün ümumi uzunluğu 50,2 km olan su xətləri inşa edilir və indiyədək su kəmərlərinin 2,5 km-lik hissəsində işlər yekunlaşıb. Layihə çərçivəsində rayonunun 15 kəndində 125 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Layihənin icrası yekunlaşdıqdan sonra Sabirabad rayonunun 15 kəndində 28,3 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq.

Sabirabad rayonunun kəndlərinə içməli suyun Sabirabad-Saatlı magistral su kəmərindən və Sabirabad şəhərində yeni yaradılmış içməli su şəbəkəsindən verilməsi nəzərdə tutulur.

"Bu layihə çərçivəsində Zərdab rayonun 9 yaşayış məntəqəsində su təchizatı sistemləri yaradılacaq. Hazırda 3 kənddə layihələrin icrası intensiv şəkildə davam etdirilir. Bu kəndləri su ilə təmin etmək üçün inşası nəzərdə tutulan 6 km olan su xətlərinin 1,5 km-lik hissəsində işlər yekunlaşıb, bulaqların quraşdırılmasına hazırlıq görülür. Zərdab rayonun Dəkkəoba, Salahlı və Gəlmə kəndində 17 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinin qarşıdakı aylarda başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası başa çatdıqdan sonra Zərdab rayonunun 3 kəndində 4,2 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq. Zərdab rayonunun kəndlərinə içməli suyun Külüllü su mənbəyindən verilməsi nəzərdə tutulur",- məlumatda bildirilib.

Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər çərçivəsində 22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 267 min nəfər içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 mln. manat ayrılıb.

Tarix
2017.07.25 / 19:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla