Yuxarı

Azərbaycan səfiri: 30 ilə yaxındır ki...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkiyədə, eyni zamanda, Makedoniya Respublikasında akkreditə olunan səfiri Faiq Bağırov Makedoniyanın Üsküp və Skopye şəhərlərinə səfər edib.

Axar.az xəbər verir ki, Azərbaycan səfirinin Makedoniya Parlamentinin sədri Talat Caferi və ölkənin Baş naziri Zoran Zayev ilə görüşləri səmimilik şəraitində olub.

Makedoniya Parlamentinin sədri ilə görüşdə səfir Faiq Bağırov Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən Talat Caferiyə Makedoniya Parlamentinin sədri seçilməsi münasibətilə ünvanlanan təbrik məktubunu təqdim edib.

Görüşdə Azərbaycanla Makedoniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnun olduqlarını ifadə edən tərəflər, iki ölkə xalqları arasında dostluğun dərin tarixi köklərə malik olduğunu vurğulayıblar. Talat Caferi əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin xüsusi rola malik olduğunu qeyd edərək, iki ölkənin qanunvericilik orqanları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın bundan sonra da uğurla inkişaf və davam etdiriləcəyinə əminliyini ifadə ediblər.

Səfir Faiq Bağırov 30 ilə yaxındır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmayan Ermənistan tərəfinin silahlı qüvvələrin təmas xəttindəki təxribatlarından söz açaraq, 2017-ci il iyulun 4-də Ermənistan ordusunun növbəti təxribatı nəticəsində Füzuli rayonu Alxanlı kəndinin aramsız atəşə tutulması və iki dinc sakinin, o cümlədən iki yaşlı Zəhra Quliyevanın erməni terrorunun növbəti günahsız qurbanı olduğunu parlament sədrinin diqqətinə çatdırıb.

Talat Caferi Makedoniyanın Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və suverenliyini dəstəkləməkdə davam edəcəyini və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə öz həllini tapacağına ümidvar olduğunu qeyd edib.

Sonra Azərbaycan səfiri Makedoniyanın Baş naziri Zoran Zayevlə görüşüb. Görüşdə F.Bağırov Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Zoran Zayevə Baş nazir seçilməsi münasibətilə ünvanladığı təbrik məktubunu təqdim edib.

Görüşdə Azərbaycanla Makedoniya arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilərək, bu münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə ümid edildiyi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Makedoniya Respublikasının Prezidenti George İvanov və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri zamanı və beynəlxalq tədbirlər çərçivəsində baş tutan görüşlərinin əhəmiyyəti vurğulanıb, iki ölkə arasında əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi qeyd olunub. Həmçinin, ölkələrimiz arasında ticarət, iqtisadiyyat, energetika, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviqinin əhəmiyyətinə toxunulub. Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında dəstəkləndiyini ifadə edib.

Hər iki görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətraflı müzakirələr edilib, səfir Faiq Bağırov Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin yüksək qiymətləndirildiyini bildirib. Səfir həmçinin, son illərdə Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizdə aparılan böyük islahatlar, energetika, nəqliyyat və digər sahələrdə həyata keçirilən beynəlxalq miqyaslı layihələr barədə Makedoniya rəsmilərinə məlumat verib.

Qeyd edək ki, Səfir Faiq Bağırov Makedoniyaya səfəri zamanı Skopye şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə Azərbaycan və Türkiyənin Makedoniyadakı səfirliklərinin birgə təşkil etdikləri “TÜRKSOY Gənclər Orkestri”nin konsertinin açılışında da çıxış edib. Səfir bu tədbirdəki çıxışında Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətindən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin zəngin mədəniyyəti və incəsənətinin qorunması və dünyaya tanıdılmasında göstərdiyi xüsusi qayğıdan bəhs edib. Səfir Azərbaycan mədəniyyətinin beşiyi, Dağlıq Qarabağ və Qafqaz regionunun konservatoriyası hesab olunan Şuşa şəhərinin işğalı haqqında tamaşaçıları məlumatlandırıb.

Tədbir iştirakçılarına ölkəmizə dair həqiqətlər, Azərbaycanın tarixi və mədəniyyəti barədə nadir kitab, jurnal və broşürlər təqdim edilib.

Tarix
2017.07.25 / 23:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla