Yuxarı

Qarabağdan Aksaraya könül körpüsü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milllət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB Türkiyənin Aksaray Bələdiyyəsinin təşkilatçılığı ilə birgə tədbir keçirib.

Axar.az xəbər verir ki, gecədə Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı, millət vəkilləri, partiyaların rəsmiləri, QHT və KİV rəhbərləri və çoxlu sayda yerli sakin iştirak edib.

Gecədə çıxış edən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəsətəyi ilə tarixi Aksarayda Qarabağ parkı və abidəsinin açılışı və “Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”nin keçirilməsindən və bu işə dəstək verməkdən böyük məmunluq duyduqlarını deyib. Bələdiyyə başqanı Azərbaycan və Türkiyə əlaqələrinin möhkəm bağlarla bağlandığını dilə gətirib. Onun sözlərinə görə, bu cür gecələrin təşkili dostluq və qardaşlığımızın göstəricisidir.

Millət vəkili Qənirə Paşayeva da çıxışında hər iki ölkənin birliyinin göstəricisi olan gecədə birlik və qardaşlıq münasibətilə hər kəsi təbrik edib:

“Türkiyənin uğuru bizim və bütün türk dünyasının uğuru, bizim uğurumuz Türkiyənin və bütün türk dünyasının uğurudur. Türkiyənin hər bir uğuruna Azərbaycanın uğuru kimi sevinirik. Azərbaycan torpaqlarının 20%- i Ermənistan tərəfindən işğal edilib və bu işğal bu gün də davam edir. İşğal nəticəsində 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Onlar hələ də evlərinə dönə bilmədikləri üçün vətən həsrəti çəkir. Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad etmək və o insanların öz doğma torpaqlarına qayıtmağı üçün Azərbaycan və Türkiyənin güclərini daha da birləşdirəcəyinə inanıram. İnşallah bu cür tədbirləri gələcəkdə Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Kəlbəcərdə və digər o gözəl torpaqlarda qeyd edək”.

Azərbaycan və Türkiyənin birliyindən bəhs edən gecədə millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə qardaş ölkəyə səfər edən Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova, sənətçi İlham Əsgəroğlu, istedadlı gənc sənətçi Aynişan Quliyeva, gənc muğam ifaçısı Nicat aksaraylıları Azərbaycan musiqisi ilə heyran ediblər. Gecə alqışlara qarşılanıb. Gecənin sonunda sənətçilərlə birlikdə hər kəs "Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına" əsəri və "Qarabağ şikəstəsi"ni oxuyublar.

Aksaray bələdiyyə başqanı bundan sonra hər il Qarabağ parkında belə bir gecənin keçirilməsinə çalışacaqlarını deyib.

Millət vəkili Q.Paşayeva isə hər il Aksarayda belə bir gecənin baş titması üçün dəstək göstərməyə hazır olduqlarını və aksaraylıların bu gün olduğu kimi hər zaman Azərbaycan mədəniyyətini alqışlarla qarşılayacaqlarına inandığını deyib. Millət vəkili Q.Paşayeva “Aksaraydan Qarabağa Könül Köprüsü” adlı növbəti gecənin Aksaray bələdiyyə başqanı, üzvləri və Aksaraydan olan sənətçilərin iştirakı ilə Azərbaycanda keçiriləcəyini bildirib və hər kəsi dəvət edib.

Tədbirin sonunda millət vəkili Q.Paşayeva Aksaray bələdiyyə başqanı Haluh Şahin Yazqıya Avrasiya Beynəlxalq Araaşdırmalar İnstitutu adından mükafat və Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.

Tarix
2017.07.27 / 16:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla