Yuxarı

"Bu ştatla əməkdaşlıq maraqlarımıza cavab verir"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bu ştatla əməkdaşlıq maraqlarımıza cavab verir"

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnardı qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan - ABŞ münasibətləri, habelə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Cavan Mesnard Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edərək öz yüksək təəssüratlarını bölüşüb. O, təmsil etdiyi Arizona ştatının kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlardan danışıb.

Elmar Məmmədyarov ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Arizona ştatı ilə birbaşa təmasların qurulması və əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına cavab verdiyini deyib. O yüksək texnologiyalar, kənd-təsərrüfarı, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan və Arizona ştatı arasında əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyib.

Azərbaycanın multikulturalizm ənənələrindən danışan nazir əsrlər boyu Azərbaycanda müxtəlif dini icmaların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib.

Görüşdə, həmçinin, ABŞ-ın yerli qanunverici orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikri mübadiləsi aparılıb.

Tarix
2017.07.27 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla