Axar.az
Yuxarı

6 tələbənin qatilinə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:32

6 tələbinin öldüyü qəzaya görə gəbs edikən sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimovun sədrlik edib.

Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror Namiq Hüseynova törətdiyi əmələ görə cəza istəyib.

Prokuror N.Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror valideynlər tərəfindən məhkəməyə mülki iddiaların da daxil olub.

Xatırladaq ki, hadisə bu ilin martın 9-da Sumqayıt yolunda baş verib.

Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Axar.az xəbər verir ki, sürücü Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2017.08.01 / 16:33
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Operativ Qərargah təcili tədbirlər görməlidir - Video

Faktiki hava: Bölgələrdə şimşək çaxır, leysan yağır

Nazirin bu gün işə götürdüyü 170 nəfərdən 22-si... - Foto

Polisimizin üzərindəki saxta "bayrağı" sildiyi avtomobil...

“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edildi

Ombudsman Ağdamda minatəmizləyənləri təltif etdi

İstirahət mərkəzində zubra işgəncə verilir? - Açıqlama

İngiltərə Türkiyə ilə bağlı qadağanı götürdü

Polisimiz qondarma "bayrağı" süngü ilə qazıdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla