Yuxarı

Torpaqların özbaşına istifadəsinə qarşı reydlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarının qarşısının alınması məqsədilə monitorinqlər keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.

Bu il ərzində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 673 hal üzrə inzibati protokollar tərtib edilib, 655 min manata yaxın cərimə tətbiq olunub. 673 hal üzrə inzibati protokoldan 35-i Bakının, 638-i isə regionların payına düşür. Inzibati protokollar dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin İnzibati Xətalar Məcəlləsinin 244-248, 250-251 maddələrində qeyd olunan halların pozulmasına görə yazılır. Zəbt olunma Cinayət Məcəlləsi ilə tənzimlənir.

Qeyd edək ki, dövlət əmlakının icarə müqaviləsi olmadan, yəni qeyri-rəsmi olaraq icarəyə verilməsi dövlət əmlakının qeyri-səmərəli istifadəsi deməkdir. Zəbt olunma halı isə dövlət əmlakının qeyri-qanuni zəbt olunaraq şəxsi və sahibkarlıq məqsədləri üçün istifadə etməsi və əlavə olaraq tikintilər aparılması kimi işlər başa düşülür.

Tarix
2017.08.17 / 17:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla