Yuxarı

Anar Məmmədov Şuraya üzv seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarant Holdinq"in İdarə Heyətinin sədri Anar Məmmədov dünyaca məşhur olan Milli Coğrafiya (National Geographic) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Məsləhətçilər Şurasına (The International Council of Advisors) üzvü seçilib.

Bu barədə Milli Coğrafiya Cəmiyyətinin rəsmi məlumatında bildirilir.

Qeyd edək ki, Beynəlxalq Məsləhətçilər Şurası 2013-cü ilin yanvarında yaradılıb.

Şura Milli Coğrafiya Cəmiyyətinin 125 illik tarixində ən mühüm və uğurlu könüllü rəhbərlər qrupudur.

Şuranın Milli Coğrafiya Cəmiyyətinin 125 illiyi ərəfəsində yaradılmasının məqsədi insanları planetin qayğısına qalmaq üçün ruhlandırmaq naminə xeyriyyə fəaliyyəti ilə fərqlənən təsisçilər arasından 60 üzvün aşkarlanması və müəyyənləşdirilməsindən ibarət olub.

Xatırladaq ki, Milli Coğrafiya Cəmiyyəti 1888-ci ildə təsis olunub. Dünyaca məşhur "National Geogprahic" jurnalı məhz Milli Coğrafiya Cəmiyyəti tərəfindən buraxılır. Bir müddət əvvəl "Qarant Media Holdinq" və Milli Coğrafiya Cəmiyyəti arasında imzalanmış sazişə əsasən, tezliklə "National Geogprahic" jurnalı ölkəmizdə, Azərbaycan dilində dərc olunacaq.

Tarix
2014.06.03 / 15:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla