Yuxarı

Ailədə umu-küsüləri aradan qaldıracaq qızıl qaydalar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər ailənizdə inciklik artıbsa, təlaşlanmayın və nikahınızı uğursuzlar siyahısına daxil etməyə də tələsməyin.

Dünya bütövlükdə, orada yaşayan insanlar kimi, heç də ideal deyil. Odur ki, ailə münasibətlərinin qüsursuz olacğına qəti əminlik zaman keçdikcə dərin təəssüf hissinin yaranmasına səbəb ola bilər. Əfsus ki, belə hallar tez-tez baş verir. Ailədəki münasibətlər nə qədər həlim və mehriban olsa da, münaqişələrdən qaçmaq mümkün deyil. Hələ ki, buna tuş gəlməmiş bircə nikah da yoxdur.

Buna görə də evli cütlər bunu hökmən anlamalı və öz münasibətlərini həmişə götür-qoy etməlidirlər.

Axar.az özündə küsü və anlaşılmazlıqları dəf etmək bacarığını tərbiyə etmək üçün bir neçə qaydanı oxucularına təqdim edir.

  • Ovqatınız təlx olan anlarda bir-birinizə qarşı kəskin olmağa imkan verməyin. Hər birinizin yaxşı və müsbət keyfiyyətlərini unutmağa dəyməz. Ailə həyatınızda çoxlu şən və xoş günləriniz olub. Onları xatırlayın və əgər doğrudan da sevirsinizsə, öz yarınızı necə varsa, o cür – bütün üstünlükləri və çatışmazlıqları ilə qəbul edin.
  • İncikliyinizi və kədərinizi bir-birinizdən gizlətməyin. Açıq, səmimi söhbət yolu ilə onlardan qurtulun. Əks halda bədbəxliyiniz üçün toxum səpmiş olacaq və problemlərinizi böyüdəcəksiniz. İncikliyinizin səbəblərini sakitcə, əsəbiləşmədən izah etməyə və vəziyyətdən çıxış yolunu göstərməyə çalışın. Və belə hallarda çox vaxt baş verdiyi kimi, aydın olacaq ki, olub-keçənlər yalnız və yalnız anlaşılmazlıqlardan doğub və heç kəs sizi incitmək istəməyib.
  • Hər boş şeydən ötrü kefinizin pozulmasına və kədərlənməyinizə imkan verməyin. Bir-birilərini kifayət qədər tanımamaqlarından tam etibarın bərqərar olmaması gənc ailələrdə bu problemi daha aktual məsələlərə çevirir. Zaman keçdikcə bir-birinizi bir kəlmədən də başa düşəcəksiniz. Ancaq hələ ki, öz "eqo"nuzu tərbiyə edin və hər hansı bir xırda məsələdə onun özünü ürək acısı ilə büruzə verməsinə yol verməyin. Hər şeyə əsəbiləşdiyiniz zamanlarda isə problemi özünüzdə axtarın və dəyişməyə çalışın.
  • Öz təqsirinizi izah etməyə çalışmayın. Ən yaxşısı budur ki, doğru olmadığınızı etiraf edəsiniz, özünüzə bəraət qazandırmaqdansa üzr istəyəsiniz. Həm də konkret səhv addımınıza görə üzr istəmək lazımdır, ümumi, "yaxşı, bağışla" - ifadəsi incikliyi daha da dərinlərə qovaraq onu ancaq artırmağa qadirdir. Elə üzr istəyin ki, sizə inansınlar. Əgər həyat yoldaşınızın qəlbinə başqalarının yanında toxunmusunuzsa, "üzristəmə mərasimi" də buna uyğun olmalıdır. Heç bir halda qarşınızdakının da sizdən üzr istəməsini qətiyyən tələb etməyin. Səmimi bağışlanma proseduru əsnasında tərbiyəli insan bunu özü də edər.
  • Bağışlamağı bacarın. Tədqiqatlar göstərir ki, qadınlar və kişilər incikliyi müxtəlif cür ötürürlər: kişilər artıq yarım saatdan sonra bağışlamağa hazırdırlar. Qadınlara isə bunun üçün bəzən 72 saat da bəs etmir. Odur ki, qəzəblə deyilmiş sözü, heç vaxt ürəyinizə yaxın qoymayın. Vəziyyətdən asılı olaraq bunları müdafiə və ya hücum silahı kimi qəbul edin.
  • Əgər münasibətləriniz divara dirənibsə, müsbət ailə təcrübəsi olan məsləhətçilərin və ya böyüklərinizin köməyindən istifadə etməyi utanmayın. İxtisaslaşmış dəstək nikahınızı və psixologiyanızı dağılmaqdan qorumaqda sizə dəstək ola bilər.

Və sonuncusu. Bir-birinizi anlamağı öyrənmək və xarakterlərinizdəki bütün nahamarlığı, kələ-kötürləri həyatınızı pozmadan düzəltmək üçün münasibətlərinizi necə quracağınızı birlikdə götür-qoy edin.

Tarix
2014.06.05 / 07:00
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla