Yuxarı

Millət vəkili bayramı əsgərlərlə keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Qurban bayramı münasibətilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb.

Axar.az xəbər verir ki, əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva Qurban bayramının hikmətlərindən danışıb, bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır:

“Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq və o gözəl bölgələrimizdə də, bu gün Cocuq Mərcanlıda olduğu kimi, Qurban bayramını qeyd edəcəyik. Aprel döyüşləri və zəfəri bir daha bütün dünyaya ordumuzun artan gücünü göstərdi. Dostlar sevindi, düşmənlər ciddi təşvişə düşdülər. Ordumuzun daha da inkişafı istiqamətində böyük işlər görülür və inşallah, ordumuz bundan da güclü olacaq. Sizin Vətənimizi qorumaq istiqamətində ruh yüksəkliyiniz isə xüsusi əhəmiyyət daşıyır. İnşallah torpaqlarımızı işğldan azad edib, bayramlarımızı əsl bayram kimi bütün torpaqlarımızda sevinclə qeyd edəcəyik. Allah bu yolda dövlətimizə, millətimizə və ordumuza yardımçı olsun!”

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitləri bayram münasibəti ilə təbrik edib, Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunda görülən işləri xüsusi vurğulayıb.

Daha sonra xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar təqdim edilib. Q.Paşayeva yeni çapdan çıxmış kitabının ilk nüsxələrini məhz əsgər və zabitlərə hədiyyə etmək istədiyini deyib və onlara kitabları hədiyyə etməkdən məmun olduğunu deyib. Tədbir bədii hissə ilə davam edib.

Millət vəkili Q.Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov hərbiçilərimizlə və övladları xidmət edən bəzi valideynlərlə də görüşüblər. Valideynlər övladlarının hərbi xidmətindən və yaradılmış şəraitdən razılıq ediblər.

Tarix
2017.09.02 / 19:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla