Yuxarı

Avtoş avtobus sürücüsü jurnalisti şikəst etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtoş avtobus sürücüsü jurnalisti şikəst etdi - Foto

Axar.az-ın əməkdaşı Gülnarə Kərimova avtobus sürücüsünün sürət həddinin aşmasının qurbanı olub.

Əməkdaşımız 176 nömrəli marşurut üzrə hərəkət edən "Toyota" markalı 10 TD 995 nömrəli avtobusla "Sədərək" Ticarət Mərkəzindən qayıdarkən, Xırdalan dairəsinə böyük sürətlə irəliləyən avtobusun qəfil əyləci basması nəticəsində müvazinətini itirib və avtobusun döşəməsinə yıxılıb. Əməkdaşımızın bildirdiyinə görə, ona yardım edən də olmayıb.

Çətinliklə də olsa, özünü 1 saylı şəhər klinik xəstəxanasına çatdıran Gülnarə Kərimovanın müayinəsi zamanı bəlli olub ki, onun bədəninin sol nahiyəsində 4-cü qabırğa, sol qolu sınıb, sol ayağında isə topuq çatlayıb. Gülnarə Kərimova gips salındıqdan sonra ambulator müalicəyə buraxılıb.

İstirahət günü olduğu üçün sürət həddini aşan və şikəst etdiyi sərnişinə heç bir yardım göstərmədən uzaqlaşan sürücünün məsuliyyətsizliyinə rəsmi münasibət öyrənə bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.

Tarix
2014.06.08 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla