Yuxarı

Oğlan tələbəyə "tibb bacısı" diplomu necə verilib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibb texnikumunu bitirən oğlana "tibb bacısı" diplomu verilib.

Bir neçə gündür sosial şəbəkələrdə və internet saytlarında geniş müzakirəyə səbəb olan bu fakt yeni bir məsələni gündəmə gətirib: Həqiqətənmi oğlana tibb bacısı diplomu vermək olar və ya bu, əslində belə olmalıdır?

Məsələ ilə bağlı keçirdiyimiz sorğuda oğlanların məsələyə münasibəti birmənalı olub. Hətta sorğu zamanı gənclərdən biri bildirib ki, o, məhz ixtisası tibbi bacısı olduğu üçün bu ixtisası sonradan başqa ixtisasla dəyişib.

Psixoloq İbrahim İbrahmov da deyir ki, oğlanlar üçün belə bir ixtisasın yazılması onların psixoloji olaraq şiddətə məruz qalmalarına səbəb ola bilər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Xəzər Xəbər-ə bildirdilər ki, bu ad Azərbaycanda səhiyyə qanunvericiliyinə tam uyğun olaraq həmin ixtisasa verilib. Yəni burda qeyri-qanuni və səhv olan heç nə yoxdur.

Ancaq cəmiyyətin məsələyə tam fərqli münasibəti isə göz qabağındadır. Yəqin bundan sonra aidiyyəti qurumlar bu ixtisasa "tibb qardaşı" və ya "sanitar təlimatçı" kimi hansısa adı qoyacaqlar ki, həmin sahədə işləyən oğlanlar utanmadan bu sənəti sevə-sevə yaşada bilsinlər.

Tarix
2017.09.20 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla