Yuxarı

Bakıda bal yarmarkası keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 25 gün arıçılıq məhsullarının sərgi satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən əlumata görə, oktyabrın 10-dan noyabrın 5-dək Xətai rayonu, Nobel prospekti 23 ünvanında (AMAY Holdinq MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası təşkil ediləcək.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabrın 30-dək müvafiq ünvana təhvil verməlidir. Yarmarkaya bal təqdim edən arıçılardan şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktubu tələb olunur.

Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədi ilə artıq Lənkəran, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala rayonlarında məhsulları qəbulu başa çatıb.

Bu gün isə Quba-Xaçmaz və Abşeron iqtisadi zonasından bal qəbulu aparılacaq.

Naxçıvandan 27-28 sentyabr, Dağlıq Şirvandan 29 sentyabr, Aran iqtisadi rayonundan isə 30 sentyabr tarixində arıçılıq məhsullarının qəbulu aparılacaq.

Tarix
2017.09.26 / 14:08
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla