Yuxarı

"NATO ilə əməkdaşlıq davam edəcək"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan təhlükəsizlik və müdafiə sisteminin NATO standartları əsasında təkmilləşdirilməsi işini davam etdirmək niyyətindədir.

Bunu Müdafiə Nazirliyinin Hərbi Strategiya və Planlaşdırma İdarəsinin rəisi polkovnik Elman Səmədov Bakıda NATO Parlament Assambleyasının (NATO PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan münaqişəyə cəlb olunduğuna görə keçmiş sovet respublikaları arasında təhlükəsizlik və müdafiə sektorunda uzun yol qət edib: "Hazırda Azərbaycan region ölkələri arasında ən böyük hərbi büdcəyə malik ölkədir. Azərbaycan müdafiə və təhlükəsizlik sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrdə yeni standartların, əlavə potensialın yaradılması istiqamətində aparılan işləri və bu istiqamətdə strateji tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir".

İdarə rəisi qeyd edib ki, Azərbaycan coğrafi baxımdan elə bir regionda yerləşir ki, güclü müdafiə və təhlükəsizlik sektoruna malik olmalıldır: "Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın təhlükəsizlik sisteminə təhdiddir. Azərbaycanın böyük hissəsi hələ də Erməsniatanın işğalı altındadır. Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqazda elə bir yerdə yerləşib ki, Rusiya, Türkiyə və İran kimi ölkələrlə həmsərhəddəddir. Belə bir şəraitdə ölkənin güclü müdafiə və təhlükəsizlik sektoru olmalıdır ki, bütün təhlükələlərin öhdəsindən gələ bilsin. Buna isə yeni yanaşmalar tələb olunur".

E.Səmədov bildirib ki, Azərbaycan artıq bir neçə ildir ki, NATO ölkələrinin təcrübəsi əsasında təhlükəsizlik və müdafiə sektorunda islahatlar aparır. Bu məqsədlə bir neçə mühüm strateji sənəd qəbul edilib. Artıq onların əsasında Müdafiə Nazirliyi tərəfindən Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədi də hazırlanıb.
O, deyib ki, Silahlı Qüvvələrdə yenidənqurma işləri başa çatdırılıb. Bu məqsədlə bir sıra NATO ölkələrinin təcrübəsi öyrənilib.

Bununla belə, polkovnik E.Səmədov qeyd edib ki, Müdafiə Nazirliyinin strukturu daim qiymətləndirilir ki, şəraitə uyğun olaraq dəyişikliklər edilsin.

Bundan əlavə, hərbi təhsil sistemində dəyişikliklər edilib, NATO proqramına uyğun hərbi təhsil proqramı təşkil olunub.

Trend

Tarix
2014.06.17 / 09:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla