Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyun 2018


Yol polisi sürücülərə bir ay vaxt verdi: Avtomobil nömrələri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

DİN Baş Dövlət Yol Polisi (DYP) İdarəsi mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarədən Axar.az-a verilən məlumata görə, son vaxtlar bəzi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması hallarına rast gəlinir.

“Belə ki, ayrı-ayrı sürücülər guya daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin nəzərə almırlar ki, bu hərəkət qayda pozuntusu hesab edilir. Yəni, sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir ki, bu da nəticədə YPX əməkdaşı tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır” – məlumatda bildirilir.

Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi nəqliyyat vasitələri sahiblərinin və sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilir, əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edimiş elektron protokolardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcək.

Tarix
2017.10.12 / 16:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Koroğlu”nun çıxışında qadınlar arasında kütləvi dava

Keçid balı toplayan müəllim niyə kənarda qalır? - Ekspert

Uşaqlar bu halda evdən uzaqlaşır - Diqqət

Xiyar yerinə narkotik əkən qardaşlar - Foto

Ağdaşda 17 yaşlı qızı zorla qaçıranlar həbs edildi

Ağsuda dəhşət: arvadını namaz qılarkən bıçaqladı

Bu körpü 3 günə istifadəyə veriləcək

Nazir zəhərlənən işçilərə baş çəkdi - Foto

Mübariz İbrahimovun məzarı ziyarət edildi - Foto

SOS: Bu çimərliklərə getməyin, xəstəlik saçır - Video

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla