Yuxarı

Ağacların soyqırımı, məktəbli uşaqların tıxacı… - FOTO

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonu Gəncə prospektində yaşayan, 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 17 və 18 saylı məntəqələrinin bir qrup seçicisinin redaksiyamıza ünvanladığı şikayət ərizəsinin izi ilə adı çəkilən əraziyə baş çəkdik.

Seçicilərin narahatlığı Gəncə prospektinin abadlaşması zamanı piyada yolunun tamam daraldılması, uzun bir məsafənin cığır kimi saxlanılmasıdır.

"Prospektin asfalt qatının dəyişdirilməsi, yenilənməsi yaxşı haldır və bunu alqışlayırıq. Lakin bu abadlaşamada niyə piyadalar üçün yolu nəzərə almırlar?" deyir sakinlər.

"Uçan" hasar

Prospektin Əbilov qəsəbəsi tərəfində beton piltələrlə hündür hasar çəkilib. Bu hasarın aşma təhlükəsi günbəgün artır. Hasar piyada keçidinə tərəf əyilməkdədir. Əbilov qəsəbəsi və Gəncə prospektinin sakinləri bu yoldan istifadə etməyə çətinlik çəkir. Şəxsi avtomobillərin sürətli hərəkəti, marşurut avtobuslarının yol-hərəkət qaydalarına riayət etməməsi təhlükəni daha da artırır.

Tıxac

Sakin Mustafayev Məhəmməd:

- Oğlum müharibə veteranı, əlildir. Nəvələrim, eləcə də digər məktəblilər bu yoldan istifadə edərək yaxınlıqdakı 257 və 198 saylı məktəblərə gedir. Hər səhər dərsə gedən uşaqlar bu dar, uzun keçiddə tıxac yaradırlar. Yüzlərlə şagird eyni zamanda bu cığırla hərəkət edərkən, ənənənvi maşın tıxacları adamın gözləri qarşısına gəlir".

Gülüş insan ömrünü uzadır

Şikayətçi Salayev Cavad:

- Yığışıb getdik yol çəkənlərin yanına. İcradan idi, ya "ERJU"dan (Mənzil Kommunal Təsərrüfatlar Birliyi), bilmirəm, özünü də təqdim etmədi. Dedik ki, belə piyada yolu olar? Gülməlidir. O da dedi ki, gülməlidirsə, gülün də, sizə pulsuz gülüş bəxş olunur. Gülüş insan ömrünü uzadır. Məxsərəyə qoydular, güldülər bizə".

Sahibsiz itlərə qayğı

Gəncə propekti ilə Ukrayna dairəsinə qədər məsafəni sakinlərlə birgə gedirik. Prospektin hər iki tərəfi yeni tikililərlə çevrələnib. Səkilərdə "Avtoyuma" məntəqələri, plastik qapı-pəncərə sexləri, dükanlar, hündür mərtəbəli obyektlər və sairələr göz deşir. Yaxın iki ilə qədər burada yol boyu ağaclar göz oxşayar, prospektə bir gözəllik, insanlara rahatlıq verərdi. İndi yaşıllıqların soyqırımı "göz oxşayır".

M.Hadi və Cavanşir küçələrində də analoji tikililər gözə girir.

Bilirik, xəbər eləmişik

Xətai rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri Pənah İmanovla əlaqə saxladıq. Pənah müəllim prospektdəki asfalt qatının yenilənməsi ilə "Azəryolservis"in məşğul olduğunu dedi. Həmin küçədəki çatımazlıqların aradan qaldırılması üçün Bakı İcra Hakimiyyəti və "Azəryolservis"ə müraciət etdiklərini bildirdi. Xətai Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsin müdiri Kamran İsmayılov da həmin ərazilərdəki yolların bərbad olması haqda Bakı şəhər Kommunal Təsərrüfatlar Birliyinə Xətai rayon Kommunal Təsərrüfatlar birliyi tərəfindən müraciətlər olunduğunu bildirdi.

"Bəs prospektdəki piyada yollarının yoxa çıxmasını, ağacların kəsilərək yerində tikililərin tikilməsini, səkilərdə avtomobil yuyulmasının sakinlərə verəcəyi narahatçılığı aradan qaldırmaq üçün işlər görülübmü?" - sualımıza İcra Hakimiyyətinin yetkilisi: "Mən bu haqda əlavə heç nə deyə bilmərəm. Tikililərə gəldikdə isə onların Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sənədləri var", - dedi.

Tarix
2013.10.18 / 12:35
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi

Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...

Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu

Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

Ərdoğanın müşaviri Bakıdan hədələdi

Yaşar Gülər DSX rəisi ilə görüşdü - Foto

Bələdiyyə seçkilərinə namizədliyini irəli sürənlərin sayı...

İran mühafizəkarları Bakıya yenə dil uzatdı

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

Zəngəzur dəhlizinin açılması ilə bağlı son müsbət qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla