Yuxarı

Leyla Əliyeva BMT nümayəndəsi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.

Fonddan Axar.az-a verilən məlumata görə, görüşdə IDEA ilə BMT sisteminin qurumları arasında yeni əməkdaşlıq imkanları, o cümlədən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və ətraf mühit problemlərinin həllində birgə fəaliyyət perspektivləri müzakirə edilib.

Həmçinin BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihə ətrafında fikir mübadiləsi aparılıb.

Layihənin məqsədi Azərbaycanın özünəməxsus, dünyada nadir rast gəlinən bioloji müxtəliflik nümunələrinin qorunub saxlanılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və səmərəli idarə olunmasıdır. Qeyd edək ki, sözügedən layihə çərçivəsində Qızılağac Dövlət Təbiət Qoruğu kompleksində aparılan yenidənqurma və təkmilləşdirilmə işləri nəticəsində Azərbaycanda regionun ilk xüsusi mühafizə olunan dəniz ərazisi yaradılacaq.

Görüşdə ətraf mühit, davamlı inkişaf və digər məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi və daha da gücləndirilməsi barədə razılığa gəlinib.

Tarix
2017.10.19 / 16:10
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla