Yuxarı

“Baksell” abunəçilərinə şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Baksell” şirkətinin abunəçiləri artıq ölkə xaricində xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) daha rahat formada geri almaq imkanı qazanıblar.

Şirkətdən Axar.az-a verilən məlumata görə, “TaxFree4U” xidməti ilə əməkdaşlıq çərçivəsində Avropa ölkələrinə səfər edən "Baksell" müştəriləri həmin ölkələrdə alış-veriş zamanı xərclədikləri məbləğin ƏDV-sini geri almaq üçün xüsusi mobil əlavədən istifadə edə bilərlər. “Baksell TaxFree4U” mobil əlavəsi sayəsində, həmin əlavə vasitəsilə qeydiyyata alınan xərclər üçün bəyannamə doldurmağa və yaxud bir neçə yerdə növbədə durmağa ehtiyac olmayacaq. Proqramın digər üstün cəhəti ondan ibarətdir ki, abunəçilər sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin də ƏDV hissəsini geri alacaqlar.

Bakcell abunəçiləri mobil telefonlarına “Baksell TaxFree4U” mobil əlavəsini yüklədikdən sonra Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və ya Böyük Britaniyada olarkən etdikləri xərcləri bu proqrama asanlıqla daxil edə və xərclədikləri ümumi məbləğin 19%-ə qədərini geri ala bilərlər.

Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil əlavədən bütün “Baksell” abunəçiləri üçün nəzərdə tutulub.

“Baksell TaxFree4U” mobil əlavəsini AppStore və ya GooglePlay vasitəsi ilə yükləmək olar. Qeydiyyatdan keçmək üçün 5678 qısa nömrəsinə SMS yollamaq yetərlidir.

Tarix
2017.10.23 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla