Yuxarı

Su filtrləri satanlar əhalini belə aldadır – Azərsu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhaliyə verilən içməli suyun tərkibində ümumi mineralların yolverilən qatılıq həddi 1000-ə qədər olduqda bu su içməyə yararlı sayılır. Bu gün Bakıya verilən suda qeydə alınan bu göstəricilər tam normalar çərçivəsindədir.

Bu sözləri Axar.az-a Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Cebhe.info” saytında gedən “Xərçəng, vərəm, ölüm: Bakıda əhaliyə içməli su adıyla bunlar verilir” başlıqlı yazı ilə bağlı danışarkən deyib.

A.Cəbrayıllının sözlərinə görə, sözügedən yazıda gündəlik istifadə edilən suyun keyfiyyəti şübhə altına alınıb və yazıdaki fikirlər tam yanlış informasiyadır:

“Su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının qapı-qapı gəzərək (əsasən də axşam saatları) şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir. İnsanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə, onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və rediksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli bu filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur”.

A.Cəbrayıllı bildirib ki, əhaliyə verilən su standartlara uyğundur:

“Azərsu ASC olaraq bir daha bəyan edirik ki, bu gün istər Abşeron yarımadasında, istərsə də regionlarda əhaliyə verilən su standartlara tam uyğundur və içməli suyun keyfiyyətinə dövlət nəzarətini Səhiyyə Nazirliyi həyata keçirir”.

Tarix
2017.10.27 / 13:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla