Yuxarı

Ekspertdən çağırış: uşaqlar üçün bu ərzağı alarkən...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda mağazalarda satılan uşaqlar üçün nəzərdə tutulmuş sosis və kolbasa məhsullarının əksəriyyəti məsləhət görülmür. Təəssüf ki, heç bir dövlət orqanı bu məhsullarla bağlı yoxlama aparmır.

Bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov mağazalarda satılan bir-birindən fərqli və müxtəlif çeşidli sosis və kolbasa məhsullarının keyfiyyəti barədə danışarkən deyib.

İB sədrinin sözlərinə görə, bu gün əhaliyə təklif edilən bu məhsulların əksəriyyəti keyfiyyətsizdir. Bu səbədən E.Hüseynov uşaqlar üçün nəzərdə tutulmuş bu tip məhsullardan alarkən valideynlərin daha diqqətli olmasını tövsiyə edib:

“Valideynlərə tövsiyə edirəm ki, uşaqlar üçün nəzərdə tutulmuş sosis və kolbasa məhsulları alarkən onun sertifikatını, yazılı sənədlərini tələb etsinlər. Baxsınlar ki, onun tərkibində nə var, yağlılığı nə qədərdir. 3 il öncə Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi məktəb bufetləri üçün standartlar hazırladı. Sandarta görə, məktəb bufetlərində sosis və kolbasa məhsullarının satışına qadağa qoyuldu. Hər halda keyfiyyəti yüksək olsaydı, hansısa sosis və kolbasa məhsulunun məktəb bufetlərində satışı qadağan edilməzdi”.

E.Hüseynovun sözlərinə görə, sahibkarlara toxunulmazlıq statusu verildiyi üçün bu məhsullarla bağlı monitorinqlər keçirilmir. Heç bir dövlət orqanı da kolbasa və sosis məhsulları ilə bağlı yoxlama aparmır:

“Birmənalı olaraq valideynlər bilməlidirlər ki, üzərində etiketi olmayan bu cür məhsulları almaq olmaz. Müasir standartlara uyğun olaraq hazırlanan kolbasa və sosis məhsullarının hər onundan birinin üzərində yararlılıq müddəti, istehsalçı şirkətin adı yazılır. Hazırda mağazalarda satılan bu məhsullardan əksəriyyəti uşaqlara məsləhət görülmür. Təəssüf ki, bununla bağlı ümumiyyətlə monitorinq keçirilmir. Səbəb sahibkarlara toxunulmazlıq statusu verilməsidir. Heç buna nəzarət edəcək dövlət orqanı da yoxdur. Ancaq mütləq yoxlama aparılmalıdır. Söhbət xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş belə məhsullardan gedirsə, yoxlama və reydlər mütləqdir. Növbəti ilin əvvəlindən etibarən belə məhsulların yoxlanılması və nəzarəti üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Ümid edirik ki, ondan sonra bu sahədə olan problemlər aradan qaldırılacaq”.

Tarix
2017.10.30 / 23:46
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla