Yuxarı

Xocalı soyqırımını tanıyan bu ölkə... – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Pakistanın ictimai xadimləri, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüşdə Ermənistanın vandalizm aktları müzakirə edilib.

Q.Paşayeva bildirib ki, Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi dəstəyi yüksək dəyərləndirir:

“Azərbaycan prezidenti və ölkənin parlamenti hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verir. Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də işğalçı ilə diplomatik əlaqələr qurmayıb. Xalqımız dost və qardaş Pakistan dövlətinin bu addımını Azərbaycana verilən ən böyük qiymət kimi dəyərləndirir”.

Q.Paşayeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb.

Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları barədə də geniş məlumat verib.

Pakistanın ictimai xadimləri, tanınmış təşkilat və QHT rəhbərləri yaxın zamanlarda Azərbaycana səfər edəcəklərini və bundan sonra da Azərbaycanın yanında olacaqlarını bildiriblər.

Tarix
2017.11.15 / 13:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla