Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2019


DİN-dən açıqlama: Qocanı öldürən polislər…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi KİV vasitələrində “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı xüsusi sücaət göstərmiş bir neçə polis əməkdaşının mükafatlandırılması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Axar.az-ın sorğusuna cavab olaraq bildirib.

O.Mansurzadənin sözlərinə görə, E.Məmmədovun yaxalanması zamanı fərqlənən polis əməkdaşlarından ikisinin rütbəsinin qaldırılması və digərinin isə Polis Akademiyasında təhsil almağa göndərilməsi ilə bağlı yazılanlar yanlışdır, həqiqətə uyğun deyil:

“Bu məlumatlar kökündən yanlışdır. Dünyanın hər yerində olduğu kimi, cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini, əmin-amanlığın və sabitliyin qorunması daxili işlər orqanlarının üzərinə düşən əsas vəzifələrdəndir. Ölkəmizin daxili işlər orqanlarının əməkdaşları da bu kontekstdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər”.

Qeyd edək ki, Üçnöqtə.az-ın xəbərinə görə, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı fərqlənən polis əməkdaşlarından ikisinin rütbəsi qaldırılıb, digərini isə müvafiq zamanda Polis Akademiyasında təhsil almağa göndərilib. Əməliyyatda iştirak edən polis nəfərləri pul mükafatları və digər qiymətli əşyalarla mükafatlandırılıb.

Tarix
2017.11.16 / 11:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Güclü küləyə görə bu metrostansiyanın çıxışı bağlandı

İşdən çıxan başçıya ağır itki

Gürcü politoloqdan 20 Yanvar faciəsi ilə bağlı - Açıqlama

Bakıya qar yağır: güclü küləklə... - Video

Küləyin sürəti 43 metr/saniyəyə çatdı - Qərargah

Bakı Metropoliteni: şaxtaya tam hazırıq

Bakı-Sumqayıt qatarı yolda qaldı - Yeniləndi

Azərbaycan şəhərində çovğun: yollar buz bağladı - Foto/Video

Xəbərdarlıqdan sonra bütün qurumlar... - Nazirlik

İtkin düşən kapitanın axtarışları dayandırıldı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla