Yuxarı

“Riyad” daha olmayacaq: ad dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:38

“Riyad” Mühafizə Xidmətinin adı dəyişdirildi.

Axar.az xəbər verir ki, bir müddət öncə lisenziyasının ləğv edildiyi deyilən mühafizə xidmətinin adı dəyişdirilib. Mühafizə Xidməti bundan sonra “Alov” adı ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, bir müddət öncə "Riyad" Mühafizə Xidmətinin lisenziyasının ləğv olunması barədə məlumat yayılmışdı. Məlumatda xidmətin fəaliyyət göstərmək hüququnun əlindən alındığı iddia olunurdu.

“Riyad" Mühafizə Xidmətinin mətbuat xidmətinin rəhbəri Fuad Mədətov verdiyi açıqlamada yayılan məlumatların tamamilə yanlış olduğunu bildirmişdi. Əlavə etmişdi ki, RMX-nin baş idarə rəisi Etibar Qasımov Daxili İşlər Nazirliyinə məktubla müraciət edərək, sözügedən qurumun adının dəyişdirilməsinə icazə istəyib. F.Mədətov bildirmişdi ki, lisenziya olduğu kimi qalıb, yalnız qurumun adı dəyişiləcək.

***

“Riyad” Mühafizə Xidmətinin adının dəyişdirilməsi ilə bağlı yayılan məlumatı Axar.az-a təsdiq edən qurumun mətbuat xidmətinin rəhbəri Fuad Mədətov bildirib ki, Mühafizə Xidmətinin adı 2017-ci ilin dekabrına qədər “Riyad” olaraq qalacaq:

“2018-ci ilin yanvarından etibarən isə lisenziyası dəyişdiriləcək və xidmət “Alov” adı ilə fəaliyyətini davam etdirəcək. Hazırda lisenziya dəyişə bilməz, çünki bu lisenziya “Riyad” Mühafizə Xidmətinin adına verilib. Adı dəyişdirilən xidmətdə heç bir struktur dəyişikliyi gözlənilmir. Hər şey olduğu kimi qalacaq”.

Tarix
2017.11.20 / 14:46
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla