Yuxarı

“Bu, Qarabağ münaqişəsinin həllinə açılan atəşdir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri I Fəxri Xiyabanda Qarakənd faciəsinin 26-cı ildönümü münasibətilə hadisə qurbanlarının məzarını ziyarət ediblər.

Axar.az xəbər verir ki, bu barədə QAT sədri Akif Nağı məlumat verib.

O bildirib ki, erməni terrorçuları tərəfindən törədilən bu faciə Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həllinə açılan atəşdir:

“20 noyabr erməni terroru qurbanlarının məzarlarını ziyarət etdik. 1991-ci il noyabrın 20-də Qarakənd səmasında Azərbaycanın dövlət xadimlərinin, mətbuat nümayəndələrinin, Rusiya və Qazaxıstandan olan vasitəçilərin olduğu helikopter erməni terrorçuları tərəfindən vurulub və nəticədə helikopterdəki 22 nəfərin hamısı həlak olub. Allah bu terror aktı nəticəsində həlak olanlara, bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu Mi-8 helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulması nəticəsində helikopterdə olan 22 nəfər həlak olub. Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.

Tarix
2017.11.20 / 15:42
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla