Yuxarı

Düşmənə qarşı Türkiyə ilə birlikdə…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Düzcə vilayətində “Qarabağ və Türk-İslam dünyasında ağır problemlərin həll olunmasında birliyin gücü: Azərbaycan-Türkiyə birliyi örnəyi” adlı konfrans keçirib.

Axar.az xəbər verir ki, millət vəkili konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, Qərbin ikili standartları və birliyin önəmi mövzusunda ətraflı çıxış edib.

Qərbin Azərbaycana, Türkiyəyə, türk-müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusilə vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsindən danışan Q.Paşayeva beynəlxalq təşkilatların ikili standartlarını kəskin qınayıb:

“Bu gün BMT başda olmaqla, beynəlxalq təşkilatlar bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmurlar. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün işğalçıya heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”.

Q.Paşayeva Qərbin ikili standartlarının Xocalı Soyqırmına yanaşmada da özünü göstərdiyini qeyd edib:

“100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət Türkiyəyə, türk dünyasına qarşı yanaşmada da özünü göstəririr. Qərb Türkiyəyə terrorla mübarizədə bu gün də dəstək vermir və bu ən böyük ikili standartdır. Avropada islamafobiyanın artması ciddi narahatçılıq doğrurur. Beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik. Gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetişdirməliyk və haqsızlıqlara qarşı mübarizəmizi birlikdə gücləndirməliyik. Bəzi güclər bizi arxadan vura bilmək üçün öz içərimizdə də xainlər yetişdirirlər. Bu məsələyə ciddi diqqət yetirilməlidir”.

Tarix
2017.12.08 / 15:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla