Yuxarı

Zvezda TV-də azərbaycanlı ilə erməni əlbəyaxa oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Zvezda” telekanalında yayımlanan “Porses” siyasi tok-şousunda qalmaqal baş verib.

Publika.az xəbər verir ki, Türkiyə-Rusiya münasibətlərinin müzakirə olunduğu proqramda azərbaycanlı jurnalist Fuad Abbasov erməni ekspert Sarkis Saturyanla əlbəyaxa olub.

Hadisəyə səbəb erməni ekspertin Türkiyə ilə bağlı səsləndiyi təhqiramiz fikirlər olub.

Hadisənin görüntülərini Feysbuk səhifəsində yerləşdirən azərbaycanlı jurnalist yazıb ki, 2015-ci ildə Türkiyə və Rusiya arasında münasibətlər pisləşəndə bundan yalnız okeanın o tayındakı güclər istifadə etməyiblər. Onun sözlərinə görə, həm də Rusiyanın daxili “faktorları” heç vaxt son illərdə Türkiyə və Rusiya arasında yaxşı münasibətləri həzm edə bilmirdilər.

“İki il əvvəl onlar birbaşa yayımda türk liderlərini təhqir etməyi və Türkiyə ərazisini bombardman etməyi təklif etməyi özlərinə rəva görürdülər. Rusiya kanallarında müzakirələr zamanı türk ekspertlərinin fikirlərini sakitcə kəsə bilirdilər. İki il keçdi və bu gün iki ölkə arasında münasibətlər inkişaf edir, amma bəzi bu münasibətləri hər vəchlə korlamağa cəhdlər edir. Onlar KİV vasitəsilə, Rusiyanın ictimai şüuruna təsir yolu ilə Rusiyanın Türkiyə siyasətinin Moskva üçün zərərli olduğunu tədqim etməyə çalışırlar. “Ulduz” kanalında “Proses” proqramı zamanı baş verən hadisə son damcı oldu... Burada məsələ hətta milliyyətdə deyil. Terrorçularda olduğu kimi, təhrikçilərdə nə milliyyət, nə din, nə də vicdan var”, - Fuad Abbasov yazıb.

Onun sözlərinə görə, türkfobiyası olan “ekspertlər” həmçinin anlayır ki, Rusiya-Türkiyə münasibətləri heç vaxt əvvəlki vəziyyətə qayıtmayacaq.

Tarix
2017.12.15 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla