Yuxarı

“Azərsell”lə “Karyerada ilk addım”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə keçirilən karyera sərgilərində iştirakı artıq ənənəyə çevrilən "Azərsell Telekom" bu dəfə Azərbaycan Dövlət Neft Sənaye Universitetində təşkil olunan əmək yarmarkasında iştirak edib. 16 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi “Karyerada ilk addım” devizi ilə keçirilən yarmarkada “Azərsell” mövcüd vakansiya və Tələbə Proqramları ilə çıxış edib. Yarmarkada öz fəallığı ilə seçilən "Azərsell"in stendi tələbələrin böyük marağına səbəb olub. İnsan Qaynaqları Departamentinin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandıraraq “Azərsell”də karyera qurmaq istəyən gənclərə faydalı məsləhətlər verdilər.

Şirkətdən Axar.az-a verilən məlumata görə, əmək yarmarkasının keçirilməsində əsas məqsəd tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda iş axtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərməkdir.

Fəaliyyətə başladığı gündən etibarən “Azərsell” tələbə və gənclərə öz dəstəyi ilə seçilib. Şirkətin həyata keçirdiyi sosial layihələrin böyük bir qismi gənclərin və eləcə də ölkəmizdə təhsilin inkişafına yönəlib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.12.18 / 16:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla