Yuxarı

Zərrabın türmədən şok təlimatı: Dubayda yaşamağım üçün...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamı Rza Zərrabın FTB-nun verdiyi korlinks tətbiqi vasitəsilə həbsxanadan işçilərinə təlimat verdiyi üzə çıxıb.

Axar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Zərrabın saxlanılan işçilərinin telefonlarında aparılan axtarışlar zamanı şok detallar ortaya çıxıb.

Belə ki, iş adamının Türkiyədəki katibəsi Sinəm Arslanın telefonundakı axtarışlar zamanı Zərrabdan ona hər gün mesajlar gəldiyi məlum olub. Bundan əlavə, Zərrabın vəkilləri və antikvarçıları ilə Skayp vasitəsilə danışdığı bildirilir. S.Arslan ifadəsində müdiri ilə daimi olaraq ünsiyyətdə olduğunu etiraf edib və Zərrabın həyat yoldaşı, övladı və digər qohumlarının xüsusi günlərinin unudulmaması və onlara hədiyyələr verilməsi barədə tapşırıqlar verdiyini bildirib.

Baş Prokurorluq Zərrabın katibəsinə göndərdiyi bəzi mesajların məzmununu ictimaiyyətə açıqlayıb.

- Bazar ertəsi Makedoniya konsulluğuna gedib detalları öyrənəcəksən!

- Vəkillərlə iclas keçirib buradakı cəzam bitəndə Dubayda yaşamağım üçün viza alınması və s. məsələlərlə bağlı detalları araşdır!

- Məndən imzalı təlimat gəlmədən heç kimə ödəniş etməyin!

- Gündəlik olaraq çıxan qəzetləri arxivləşdir!

- Əntiq əşyalarımın və tablolarımın maddi dəyəri ilə bağlı sənədləri bir yerə yığ!

- Ailəmin xüsusi günlərini yaddan çıxartma!

Tarix
2017.12.23 / 13:29
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla