Yuxarı

Özünə qəsd edən direktor işi: İcradan 20 min açıqlaması

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda intihara cəhd edən 9 saylı məktəbin direktoru Akif Qəribovun vəziyyəti kafidir. Xəstəxanada nəzarət altında saxlanılıb.

Bu sözləri Axar.az-a Göyçay Rayon Mərkəzi Xəstxanasından 22 dekabr tarixində naməlüm səbəbdən intihar məqsədilə damarlarını doğrayan 9 saylı məktəbin direktoru Akif Qəribovun səhhəti ilə bağlı danışarkən bildirilib.

Xəstəxanadan qeyd edilib ki, A.Qəribovun səhhətinə nəzarət olunur:

“Şüuru yerindədir. Normal danışır, reaksiya verir. Lakin hər ehtimala qarşı nəzarət altında saxlanılır. Bu addımı hansı məqsədlə atdığını biz də bilmirik. Polislər nəzarət edir, tez-tez gəlirlər.

Hələ evə buraxılması gözlənilmir. Yəqin ki, bir müddət nəzarət altında saxlanılacaq”.

Məktəb direktorunun intiharında adı hallanan Göyçay Rayon İcra Hakimiyyəti isə mediada onlarla bağlı irəli sürülən ittihamlarla razılaşmayıb. Axar.az-a açıqlama verən İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova icra nümayndələrinin məktəb direktorlarından pul tələb etməsi barədə yayılan söz-söhbəti qətiyyətlə təkzib edib:

“Yalan məlumatdır. İcra niyə məktəb direktorlarından pul tələb etsin ki? Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Şamilov Bakıda vəfat edib. İnsandır, ürəyndə problem olub və xəstəxanada dünyasını dəyişib. Bunu niyə icranın və ya kimins direktorlardan pul tələb etməsi ilə əlaqələndirirlər? Akif Qəribovun intihara cəhd etməsinin də bizimlə heç bir əlaqəsi yoxdur. İcra orqanı olaraq rayon ərazisində demək olar ki, hər kəsi çox yaxşı tanıyırıq. Akif bəyi direktor olmazdan öncə də tanıyırdıq.

Hər iki məsələ ilə bağlı araşdırma aparılır. Həqiqət nədirsə, araşdırmadan sonra üzə çıxacaq”.

Göyçay Təhsil Şöbəsinin müdiri Elnur İsmayilov isə məsələ ilə bağlı qatıldığı iclası əsas gətirərək, açıqlama verməyib. Şöbə müdiri hər iki faktın polis tərəfindən araşdırıldığını bildirərək, əlavə söz deyə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, 22 dekabr tarixində Göyçay rayonu 9 saylı məktəbin direktoru Akif Qəribov intihar məqsədilə damarlarını doğrayıb. Direktordan 20 min manat pul tələb edildiyi, bu pulu verə bilmədiyi üçün canına qıydığı iddia edilir.

Həmin gün rayonunun Çayarxı kəndində də anoloji hal yaşanıb. Belə ki, Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Şamilov otağında infarct keçirib. Vəziyyəti pisləşən 50 yaşlı direktor müayinə üçün Bakıya gətirilib. Lakin Bakıda vəfat edib.

Tarix
2017.12.26 / 15:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla