Yuxarı

Allahverdi Bağırovun Xocalıda çəkilən fotosu yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Allahverdi Bağırovun Xocalıda çəkilən fotosu yayıldı

Milli Qəhrəman Allahverdi Bağırovun Xocalıda əsir düşmüş azərbaycanlıların geri qaytarılması ilə bağlı foto yayımlanıb.

Axar.az xəbər verir ki, foto "Karabakh War Pictures" səhifəsində yerləşdirilib.

Səhifə müəllifləri Allahverdi Bağırovun fotoda erməni komandir Vitali Balasanyanla danışıqlar apardığını bildiriblər. Şəkilin çəkilmə tarixinin isə 1992-ci il fevralın 28-nə aid olduğu deyilib.

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. O, Qarabağın Ağdam futbol klubunun yadda qalan üzvlərindəndir. Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə - "Vətən oğulları" batalyonuna Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Onun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi.

Ən böyük hərbi uğuru 1992-ci il 12 iyundə Aranzəmin və Naxçıvanlı döyüşlərində olub. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib, döyüşçülər Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Bu döyüşdən Ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olub.

O, Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Fotonu təqdim edirik.

Tarix
2014.07.16 / 15:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır

İordaniya səfiri təxliyə edildi: Azərbaycanı sevirəm...

Xamenei öldü, İran təslim olur? - ABŞ səhv edir

Bakı İrandakı azərbaycanlılara müraciət etdi

İrana zərbələr: Bir Azərbaycan vətəndaşı yaralanıb

Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla