Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2019


Sabah qar yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, hava axşam əsasən yağmursuz keçəcək.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-5° isti təşkil edəcək. Yanvarın 14-ü axşamdan 15-i axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Yanvarın 15-də Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 1-6° isti təşkil edəcək. Yollar buz bağlayacaq. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 3-6° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Sabah Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-5° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Yanvarın 15-də Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq. Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Yanvarın 15-də Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-6° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Tarix
2018.01.14 / 14:35
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

XİN-də 20 yanvar faciəsi anıldı

Diqqət: Bu yol nişanlarında dəyişiklik edilir

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard xərclədi

Şamaxıya gedən sürücülərin diqqətinə - Video

20 Yanvar dönüş nöqtəsi oldu - Gürcü deputat

Qorbaçov komandası erməniləri himayə edirdi - Səfir

Deputatdan antibiotiklərlə bağlı - SOS

DİM xəbərdarlıq etdi: Qeydiyyat başa çatır

Xəzərdə suyun səviyyəsi 1,27 metr endi

Bu nazirliyin 3 qurumu birləşdirildi - Fərman

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla