Yuxarı

Şamaxıda püskürən vulkan söndü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:00

Şamaxı rayonunda palçıq vulkanı püskürür.

APA-nın xəbərinə görə, vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.

Kənd sakini Adəm Yusifov bildirib ki, insanlar gecə vulkanın gurultu səsinə oyanıb:

“Vulkan püskürməsi zamanı yerin altından xaric olan məhsullar təxminən 10 metr hündürlüyə qalxaraq 1.5 hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanın qaynamaları və palçıq axını davam edir. Ərazidən qaz iyi gəlir. Bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürmüşdü”.

Qeyd edək ki, vulkanın püskürdüyü ərazidən 20-30 mert aralıda Quşçu kəndinin sakinlərinə məxsus 15-ə yaxın ev var. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.

***

Şamaxı rayonunun Quşçu kəndi ərazisində püskürən vulkan sönüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyev bildirib.

Onun sözlərinə görə, nazirliyin əməkdaşları vulkan püskürən əraziyə baş çəkiblər və oradan faktik materiallar götürüblər. Sabah həmin materiallar təhlil olunacaq: "Həmin bölgədə çoxlu sayda kiçik vulkanlar yerləşir. Bu da onlardan biridir. Vulkanın püskürmə məhsulu çox az əraziyə yayılıb və yaşayış evləri üçün təhlükə törətmir".

Tarix
2018.01.16 / 17:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla