Yuxarı

Gecə klublarında qanlı davaların səbəbi... – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar paytaxtda və digər şəhərlərdə yerləşən gecə klublarında baş verən davaların sayı artıb. Hətta bəzən bu davalar silahlı hücumlara, qanlı münaqişələrə də çevrilir. Təbii ki, bu da gecə klublarında mühafizə xidmətinin aşağı səviyyədə olmasını göstərən amillərdən biridir.

Bəs görəsən paytaxtda fəaliyyət göstərən gecə klublarında mühafizə xidməti hansı səviyyədə təşkil olunub?

Mövzu ilə bağlı “Floor Tu” və “Tunnel” gecə klublarından Axar.az-a bildirdilər ki, klubda mühafizə xidmətinin əməkdaşları var və onlar daim müştərilərə nəzarət edirlər. Lakin kluba daxil olan müştərilərin yoxlanması üçün metal detektorlardan istifadə edilmir.

Analoji vəziyyəti digər gecə klublarına da aid etmək olar. Bəzən mühafizə xidmətinin əməkdaşları müştərilərin üzərlərini yoxlamaq səlahiyyətinə malik olmadıqlarını bildirərək, bunun qanuna zidd olduğunu deyirlər.

Hüquqşünas Fərhad Mehdiyev isə Axar.az-a açıqlamasında deyib ki, burada qanuna ziddi heç bir hal yoxdur:

“Mühafizəçilər kluba daxil olmaq istəyən şəxslərin üzərlərini axtara bilərlər, buna icazə var. Bəzi gecə klublarının girişində belə sistem mövcuddur. Burada qanuna zidd heç bir əməl yoxdur. Gecə klublarına getmək istəyən şəxs metal detektorlardan keçməyə razı olmalıdır. Bu yolla təhlükəsizliyi böyük ölçüdə təmin etmək mümkündür”.

Qeyd edək ki, son bir ayda gecə klublarında 8 nəfər bıçaqlanıb, bir çox şəxs isə əlbəyaxa dava zamanı xəsarət alıb.

Tarix
2018.01.22 / 17:13
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla