Yuxarı

BDU-dan təhqir olunaraq qovulan gənclə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:02

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadənin təhqir etdiyi laborant işdən qovulub.

Bu barədə Axar.az-a laborantın özü - Vüsal Yüzbaşyev məlumat verib. O bildirib ki, yanvarın 18-də işdən çıxarılıb:

“Lakin hədə-qorxu gələn, təhqirlərdən istifadə edən dekan müavini hələ də universitetdə fəaliyyətini davam etdirir. Həmkarlar İttifaqı komitəsində 1 saat iclas keçirildi, həmin iclasda “sən səs yazıb, universitetimizin adına ləkə gətirmisən” deyərək məni işdən qovdular. Onu da qeyd etmək istəyirəm ki, əmək kitabçama Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini - “işçi öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” maddəsi yazıldı”.

***

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, laborant daxili nizam-intizam qaydalarını pozduğu üçün universitetdən xaric edilib:

“Dekan müavininə gəldikdə isə onunla bağlı araşdırma davam etdirilir”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə ilə universitetin laborantının arasında baş tutan söhbətin səs yazısı yayılmışdı. Səs yazısında dekan müavini “Özünü burada normal apar. Elə eləmə sənədlərini toplayıb, səni yox edək burdan. Eşitdin nə deyirəm sənə? Bu dəfə mən sənlə sözlə danışıram, gələn dəfə əl-ayaqla danışacam. Mənim elə “terpeniyam” yoxdur. Sən özünü küçədəki kimi aparırsan” sözlərini deyərək, onun ünvanına təhqirlər yağdırmışdı.

Tarix
2018.01.23 / 15:47
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla